...

Pakistanın nüfuzlu mətbu orqanında "31 mart Azərbaycanlıların Soyqırımı Günü " ilə bağlı məqalə dərc edilib

Siyasət Materials 29 Mart 2013 12:58 (UTC +04:00)
Pakistanın nüfuzlu “Diplomatic Star” jurnalının 29 mart saylı buraxılışında “31 mart 1918-ci ilin qanlı yaddaşı” adlı məqalə dərc edilib. Bu barədə Trend Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir.
Pakistanın nüfuzlu mətbu orqanında "31 mart Azərbaycanlıların Soyqırımı Günü " ilə bağlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Pakistanın nüfuzlu "Diplomatic Star" jurnalının 29 mart saylı buraxılışında "31 mart 1918-ci ilin qanlı yaddaşı" adlı məqalə dərc edilib. Bu barədə Trend Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir.

Məqalədə Azərbaycan xalqının hər il martın 31-də 20-ci əsrdə baş vermiş faciəli hadisələri yad etdiyi və həmin gün Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu vurğulanıb. "Əsrlər boyu "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün bütün vasitələrə əl atmış, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətmişlər", məqalədə qeyd edilir.

Yazıda Azərbaycan tarixinə ekskurs edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra rus imperatorunun fərmanına əsasən İrəvandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilir.

Daha sonra, 1918-ci ildən başlayaraq erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndləri yer üzündən sildikləri vurğulanır. Oxucuların nəzərinə çatdırılır ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkmırlər.

"Diplomatic Star"da dərc olunan məqalədə İkinci Dünya Müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana yüz minlərlə erməninin köçürüldüyü qeyd olunur. Bildiriir ki, həmin köçkünlərin yerləşdirilməsində çətinlik çəkdikləri bəhanəsi ilə Ermənistan rəhbərliyi 1947-ci ildə on minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsinə nail olublar.

Məqalədə qeyd olunur ki, 80-ci illərin sonunda SSRİ-də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan keçmiş ssenarilərini yenidən işə salmış, Azərbaycana qarşı torpaq iddiaları qaldımışlar. Oxucuların nəzərinə çatdırılır ki, ardıcıl mənəvi və fiziki təzyiqlər nəticəsində 250 mindən çox azərbaycanlı öz tarixi əraziləri olan Ermənistandan didərgin salınmış və bununla da ermənilər özölkələrini monoetnik respublikaya çevirmək planına nail olmuşdurlar.

Daha sonra "Diplomatic Star" Ermənistanın apardığı işğalçı siyasət nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğala məruz qaldığı, 30 mindən çox insanın həyatına son qoyulduğu, bir milyon insanın isə qaçqın həyatı yaşadığı qeyd olunur.

Məqalənin Dağlığ Qarabağ münaqişəsinin ən faciəli səhifəsi olan Xocalı soyqırımından bəhs edilən hissəndə, mülki əhaliyə qarşı edilən barbarlıq, yüzlərlə uşaq, qadın və ahılların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumatlar verilir.

Yazıda 18 oktyabr 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın öz tarixinin faciəli səhifələrini nəzərdən keçirtmək və xalqına qarşı aparılmış soyqırım siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etdiyi bildirilir. Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" elan olunub.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.diplomaticstar.com/magazine/31st-march-the-day-of-genocide-of-the-azerbaijanis.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti