...

Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclasında iştirak edib

Siyasət Materials 30 Aprel 2013 15:08 (UTC +04:00)
Aprelin 30-da 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub.
Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclasında iştirak edib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Aprelin 30-da 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclası olub.

Trend-in Azərbaycanın birinci xanımının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

İclasdan əvvəl Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşdü.

Görüşdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaxşı potensialın və mükəmməl təcrübənin olduğu vurğulandı.

Sonra iclas işə başladı. Mehriban Əliyeva iclasda çıxış etdi.

Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digərləri çıxış etdilər.

Patrik Hikki Avropa Olimpiya Komitəsinin xüsusi şəxslər üçün hazırlanmış loqosunu Mehriban Əliyevaya təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti