...

Xorvatiyanın baş nazirinin müavini və sabiq prezidenti Bakıya gəlirlər

Siyasət Materials 13 May 2013 21:31 (UTC +04:00)
Mayın 29-dan iyunun 1 kimi Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç və Xorvatiyanın baş nazirinin müavini Milanka Opaçiç iştirak edəcəklər.
Xorvatiyanın baş nazirinin müavini və sabiq prezidenti Bakıya gəlirlər

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 29-dan iyunun 1 kimi Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç və Xorvatiyanın baş nazirinin müavini Milanka Opaçiç iştirak edəcəklər.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edib.

Forum Proqramında "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: Etiqat və Elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" sessiyaları keçiriləcəkdir.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları keçiriləcəkdir.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti