Azərbaycan, Bakı, 27 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
ABŞ məmurlarının qarşıdakı seçkilərdə İran xalqının iradəsinə mane olmaq səyləri yenidən uğursuzluğa düçar olacaq. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamneyi Tehranda İmam Hüseyn Universitetində çıxışı zamanı bildirib.
Xamneyi qeyd edib ki, iranlılar seçki günü yüksək seçici fəallığı göstərməklə ABŞ hökumətinə daha bir zərbə vuracaqlar.
Ayətullah Xamneyinin çıxışı dövlət katibi Con Kerri daxil olmaqla, bir sıra yüksək vəzifəli ABŞ rəsmilərinin İranda demokratik seçkilər prosesini şübhə altına salan bəyanatlarına aidir.
İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.