...

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları mədəni irsin qorunması məsələsini müzakirə ediblər

Siyasət Materials 30 May 2013 16:46 (UTC +04:00)
Qərb və Şərq ölkələrinin mədəniyyət sahəsində daha geniş əlaqələrinə ehtiyac duyulur. Trend-in məlumatına görə, bunu Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli Dünyada Sülh Şəraitində Birgə Yaşama" mövzusunda panel iclasda çıxışı zamanı deyib.
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları mədəni irsin qorunması məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/

Qərb və Şərq ölkələrinin mədəniyyət sahəsində daha geniş əlaqələrinə ehtiyac duyulur. Trend-in məlumatına görə, bunu Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli Dünyada Sülh Şəraitində Birgə Yaşama" mövzusunda panel iclasda çıxışı zamanı deyib.

Sabiq Prezident deyib ki, ünsiyyət strategiyası effektlidir: "Biz mədəni dəhlizləri Şərqə doğru dərinləşdirməliyik. Bunun üçün mütəxəssis şəbəkələri yaradılmalı və onlar əlaqələndirici rol oynamalıdırlar".

G.Pırvanov çıxışında qeyd edib ki, Bakıda keçirilən forum artıq mühüm platformaya çevrilir. O qeyd edib ki, müxtəlif regionların təbii sərvətləri onları ayırmır, birləşdirməni nümayiş etdirir.

Keçmiş Prezident forumdan sonra artıq konktret addımlara başlamaq təklifi ilə çıxış edib. Bu xüsusda o, məhv olunan mədəniyyət nümunələrinin mühafizəsi, beynəlxalq mütəxəssis şəbəkəsinin formalaşdırılmasını qeyd edib. Onun sözlərinə görə, şəbəkənin yaranması ölkələr arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək.

Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç çıxışında mədəni müxtəlifliyin qorunmasının vacibliyindən danışıb. Mesiç vurğulayıb ki, bəzi problemlər hələ qalsa da, ümumən Balkanlarda xalqlar arasındakı ziddiyyətlər aradan qalxıb. O, həmçinin vurğulayıb ki, Şərqi Avropa ölkələri digər Qərb ölkələrinə bir sıra töhfələr verə bilər.

YUNESKO-nun baş direktoru İrina Bokova isə çıxışında diqqəti mədəniyyət nümunələrinin qorunmasına yönəldib. O vurğulayıb ki, dağıdılmış mədəniyyət abidələrini görəndə insan əzab çəkir, çünki bunlar tək o xalqa aid deyil, bütün bəşəriyyətə məxsusdur. Çıxışında xanım Bokova dünyada həyata keçirilən mədəni proqramların əhəmiyyətindən danışıb.

YUNESKO-nun baş direktoru ilk növbədə gənc insanları görülən bütün işlərə cəlb etməyin vacibliyini qeyd edib: "Gəncləri debatlara cəlb etməliyik və işlərin çoxunu onların öhdəsinə buraxmalıyıq ki, onlar bu irsin qorunmasında iştirak etsinlər, bu irsi irəli aparsnlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti