...

Azərbaycan qadınları beynəlxalq təşkilatlardan dəstək istəyiblər

Siyasət Materials 14 İyun 2013 17:38 (UTC +04:00)
Bu gün Bakıda “İnkişaf naminə birlik“ devizi altında keçirilən Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının iştirakçıları tərəfindən BMT-yə və digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul edilib.
Azərbaycan qadınları beynəlxalq təşkilatlardan dəstək istəyiblər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda "İnkişaf naminə birlik" devizi altında keçirilən Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının iştirakçıları tərəfindən BMT-yə və digər beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul edilib.

Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, qadınların ictimai və siyasi qərar qəbuletmə proseslərində yetərincə təmsil olunması gender bərabərliyinə nail olmağın prinsiplərindən biridir.

Müraciətdə gender bərabərliyinin təhsilin inkişafı üçün əsas amil olduğu, sülhün yaradılmasında, qorunmasında qadınların rolu nəzərə alınaraq BMT-nin və beynəlxalq təşkilatların Azərbaycan qadınlarına dəstək olması vurğulanır.

Müraciətdə bildirilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə (822, 853, 874 və 884) uyğun olaraq aradan qaldırılması yolu ilə münaqişədən əziyyət çəkən qadın və uşaqların hüquqlarının təmin edilməsinə dəstək verilməlidir.

Qeyd olunur ki, təşkilatlar həm də məişət zorakılığının qurbanlarına sosial, hüquqi, psixoloji dəstək göstərilməsi və qadın sahibkarların dəstəklənməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qadınların həyatın bütün sahələrində irəli çəkilməsi və gender bərabərliyinin təmini istiqamətində əməkdaşlığı davam etdirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti