Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/
Bu gün Bakıda Litvanın Avropa İttifaqında (Aİ) sədrliyi ilə bağlı rəsmi qəbul keçirilib.
Trend-in məlumatına görə, tədbirin əvvəlində Litva haqqında videoçarx nümayiş etdirilib.
Daha sonra qonaqları salamlayan Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas xatırladıb ki, iyulun 1-dən Litva Avropa İttifaqında sədrliyə başlayıb. Səfir qeyd edib ki, Aİ-nin Bakıdakı nümayəndəliyi İttifaqın Azərbaycanla bağlı xarici siyasətinin yerinə yetirilməsində öz əsas rolunu oynamaqda davam edəcək.
Onun sözlərinə görə, Litva sədrliyi zamanı ünvanlandırılan məsələlər arasında rəqəmsal proqram, "Şərq tərəfdaşlığı", müdafiə və təhlükəsizlik olacaq.
Səfir bildirib ki, növbəti 6 ay ərzində Litva öz diqqətini, etibarlı, inkişafda olan və səmimi Avropanın üç tələb olunan göstəricisinə yönəldəcək: "Birinci göstərici Aİ-də maliyyə sabitliyi üçün ilkin şərt kimi maliyyə nizam-intizamıdır. İkinci göstərici yeganə bazarın paralel şərtlərinə uyğun olaraq yaradılan Avropanın iqtisadi inkişafıdır. 3-cü göstərici isə Avropanın səmimiliyidir ki, bu da "Şərq tərəfdaşlığı" Sammitinə hazırlıq və Aİ-nin xarici sərhədlərinin qorunması, sərhədlərə effektiv nəzarət olunmasında və genişləndirilməsi yollarının axtarılmasında vacib yer tutur".
A.Jurauskas bildirib ki, Litva sədrliyi zamanı baş verəcək əsas hadisə Vətəndaş Cəmiyyəti Konfransı və "Şərq tərəfdaşlığı" üzrə Biznes Forumu tərəfindən 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III "Şərq tərəfdaşlığı" Sammitidir: "Litva Vilnüs şəhərində keçiriləcək Sammitin siyasi əməkdaşlıq və iqtisadi inteqrasiya üzrə birgə məqsədə çatmaq üçün nəzərəçarpacaq irəliləyişin olacağına kömək edəcəyinə ümid edir".
Səfir vurğulayıb ki, "Şərq tərəfdaşlığı" Azərbaycan və Avropa xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək: "Litva üçün "Şərq tərəfdaşlığı" təşəbbüsünün Azərbaycan üçün faydalı olması çox vacibdir: "Buna görə də ölkəmiz "Şərq tərəfdaşlığı" siyasətinin formalaşdırılmasında əsas rol oynamaqdadır".
A.Jurauskas onu da əlavə edib ki, Azərbaycan ilə Aİ arasında viza sadələşdirilməsi üzrə danışıqlar artıq başa çatır və Vilnüs sammitində sazişin imzalanması gözlənilir: "Bu saziş Azərbaycan xalqına Aİ-yə səyahətlər prosedurundan faydalanmağa imkan verəcək. Ümid edirəm ki, Vilnüs sammitində Azərbaycan ilə Aİ arasında daha möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına və nailiyyətlərimizi birləşdirməyə nail olacağıq. Azərbaycan ilə Aİ arasında münasibətlərin nəticəsi kimi hədsiz imkanların əldə olunması gözlənilir. Bu çiçəklənmə və inkişaf üçün möhkəm möhkəm təməl quracağımıza inanırıq".
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.