...

Roma papası Fransisk gələn il Türkiyəyə səfər edəcək

Siyasət Materials 15 İyul 2013 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Tağıyeva/

Roma papası Fransisk 2014-cü ilin noyabr ayında Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Papa İstanbula səfər edəcək, onun qısa müddətlik Ankaraya da səfər edəcəyi gözlənilir.

Papa Fransisk bu ilin martında bu vəzifəyə seçilib. Onun sələfi XVI Benedikt 2006-cı ildə İstanbula səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti