...

Mərkəzi Seçki Komissiyası KİV-ə müraciət edib

Siyasət Materials 15 Avqust 2013 12:45 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə müraciət edib.
Mərkəzi Seçki Komissiyası KİV-ə müraciət edib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə müraciət edib.

Trend-ə daxil olan müraciətdə qeyd olunur ki, hazırda prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi gedir. Seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 08.00-dək aparıla bilər.

Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV tərəfindən dərc edilməsi və yayımlanması qadağandır: "Ölkəmizin taleyində müstəsna əhəmiyyət kəsb edən seçkilərin demokratik tələblərə uyğun, azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün, bu prosesdə mühüm rolu olan KİV-in də qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi olduqca vacib və əhəmiyyətlidir".

Müraciətdə həmçinin vurğulanır ki, Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinə bu prosesdə qanunverciliyin tələblərinə ciddi riayət olunmasını tövsiyə edir və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsində vacib rol oynayacaq bu mühüm tədbirdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti