...

Qazaxıstan və Qırğızıstan Prezidentlərinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 16 Avqust 2013 22:18 (UTC +04:00)
Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri başa çatıb.
Qazaxıstan və Qırğızıstan Prezidentlərinin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri başa çatıb.

Trend-in məlumatına görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi Qəbələ Beynəlxalq Hava Limanından Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III toplantısında iştirak edən Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana səfəri başa çatıb.

Qırğızıstan Prezidenti Almazbek Atambayevi Qəbələ Beynəlxalq Hava Limanından Azərbaycanın dövlət və hökumət nümayəndələri yola saldılar.

Xəbər lenti

Xəbər lenti