Azərbaycan, Bakı, 30 avqust/ Trend, müxbir S.Əhmədova /
ABŞ höküməti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə xüsusi missiya göndərməyi planlaşdırmır. Bu barədə cümə günü Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinin əməkdaşı Conas Stüart deyib.
C.Stüart bildirib ki, ABŞ səfirliyinin əməkdaşlarından ibarət müşahidə heyəti seçkilərin monitorinqini aparacaq.
Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.