...

Azad Rəhimov: Prezident seçkilərində 600 min gənc ilk dəfə səsvermədə iştirak edəcək

Siyasət Materials 3 Sentyabr 2013 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində 600 min gəncin ilk dəfə səsvermədə iştirak edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, gənclərin səsvermədə iştirakı qurum üçün çox vacibdir: "Əsas məqsədimiz gənclər arasında maarifləndirmə aparmaq, onları seçki məntəqələrinə cəlb etməkdir".

Nazir qeyd edib ki, hazırda gənclər üçün seçkilərə çağırış rolikləri hazırlanır və bu yaxınlarda televiziyada nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti