...

Azərbaycanın hakim partiyasının prezident seçkilərində müşahidəçilərinin sayı məlum oldu

Siyasət Materials 5 Sentyabr 2013 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, prezident seçkilərini müşahidə etmək üçün ölkənin bütün ərazisi üzrə müşahidə aparacaq 300-dən yuxarı nümayəndəsini Mərkəzi Seçki Komissiyasına təqdim edib və onlar bu qurum tərəfindən müvafiq lövhəciklərlə təmin ediliblər.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, həmçinin YAP tərəfindən 125 seçki dairəsinin hər birinə bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səshüquqlu üzv təyin edilib və onlar da dairə seçki komissiyaları tərəfindən lövhəciklərlə təmin ediliblər.

Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq, YAP tərəfindən 5273 seçki məntəqəsinin hər birinə 5273 nəfər məşvərətçi səshüquqlu və 5273 nəfər müşahidəçi təyin edilmiş və onlar dairə seçki komissiyaları tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərlə təmin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti