...

MDB Parlament Assambleyası: Azərbaycanda prezident seçkiləri beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək

Siyasət Materials 11 Sentyabr 2013 11:58 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri zamanı MDB Parlament Assambleyasından (PA) olan nümayəndə qrupunun koordinatoru Leonid Slutski hesab edir ki, Azərbaycanda prezident seçkiləri qəbul olunan beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək.
MDB Parlament Assambleyası: Azərbaycanda prezident seçkiləri beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda prezident seçkiləri zamanı MDB Parlament Assambleyasından (PA) olan nümayəndə qrupunun koordinatoru Leonid Slutski hesab edir ki, Azərbaycanda prezident seçkiləri qəbul olunan beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək.

Təşkilatın saytında dərc olunan məlumatda bildirilir: "Azərbaycanda həmişə seçki kampaniyasına (həm parlament, həm də prezident) ciddi yanaşırlar. Biz gözləyirik ki, Azərbaycanda baş tutacaq növbəti prezident seçkiləri qəbul olunan beynəlxalq demokratik norma və standartlara uyğun şəkildə keçiriləcək".

Azərbaycanda prezident seçkiləri oktyabrın doqquzunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti