...

Polis əməkdaşları üçün Prezident seçkiləri ilə bağlı yaddaş kitabçası hazırlanıb

Siyasət Materials 13 Sentyabr 2013 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı "Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası" hazırlayaraq çap etdirib.

Trend-in məlumatına görə, bu barədə cümə günü Mərkəzi Seçki Komissiyasından bildirilib.

Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb.

Kitabça 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında" qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti