Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Cəfərov/
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək İran Parlamentinin spikeri Əli Laricaninin rəsmi dəvətilə bu ölkəyə rəsmi səfər edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, ikigünlük səfər zamanı Çiçəyin İranın ali lideri Ayətullah Əli Xamneyi, Prezident Həsən Ruhani, Parlamentin spikeri Əli Laricani və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.
Çiçək, həmçininİranın Şiraz şəhərinə səfər edərək orada İranın tanınmış şairləri Sədi Şirazi və Hafiz Şirazinin məqbərəsini və digər tarixi abidələri ziyarət edəcək.