...

MDB müşahidəçiləri: Azərbaycanda qüvvədə olan seçki qanunvericiliyində pozuntular aşkar edilməyib

Siyasət Materials 8 Oktyabr 2013 14:50 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından (PA)olan beynəlxalq müşahidəçilər oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər.
MDB müşahidəçiləri: Azərbaycanda qüvvədə olan seçki qanunvericiliyində pozuntular aşkar edilməyib

Azərbaycan, Bakı, 8 oktyabr/Trend, müxbir S. Ağayeva/

Azərbaycanda prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilər oktyabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.

Trend-in məlumatına görə, bu barədə missiya qərargahının xəbərində deyilir.

MSK sədri görüş zamanı müşahidəçilərə seçkilərə hazırlığın final mərhələsi haqqında məlumat verib.

Məlumata görə, M. Pənahov, həmçinin MDB PA-dan olan beynəlxalq müşahidəçilərin keçirdiyi monitorinqin obyektivliyini və yüksək keyfiyyətini qeyd edib.

Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitə sədrinın I müavini Oleq Lebedev MSK sədrinə MDB PA-nın hazırladığı uzunmüddətli monitorinq haqqında hesabat verib, həmçinin bildirib ki, müşahidələrin yekunu üzrə mövcud seçki qanunvericiliyinin pozulması faktları aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti