...

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin müşahidəsinə əsasən, Prezident İlham Əliyev səslərin 80 faizindən çoxunu qazanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 22:41 (UTC +04:00)
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (VCİD İB) prezident seçkiləri ilə bağlı keçirdikləri müşahidələrin nəticələrini açıqlayıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin müşahidəsinə əsasən, Prezident İlham Əliyev səslərin 80 faizindən çoxunu qazanıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar yayılıb (ilk xəbər saat 20:41-də yayılıb)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (VCİD İB) prezident seçkiləri ilə bağlı keçirdikləri müşahidələrin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Qərb-Resurs VCİD İB-in sədri Ramin Göyüşov müşahidələrin nəticələri barədə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində" adlı layihə həyata keçirilib. Layihə çərçivəsində 450 nəfər gənc müşahidəçi hazırlanıb. Məlumata görə, müşahidəçi komandasının hazırlanması və seçki prosesinin müşahidəsi Azərbaycanda fəaliyyət göstərən və seçki prosesinin monitorinqini aparan "SMDT" və "Demokratiyanı Öyrənmə" kimi təşkilatlarla birgə həyata keçirilib.

R.Göyüşov qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi üçün Qərb-Resurs İB-ə texniki və təşkilati dəstək "Kamil Vətəndaş", "İnkişaf-2006", "Tələbə və Gənclər" İctimai Birliyi, hüquqi dəstək isə "Hüquq və İnkişaf " İB tərəfindən göstərilib.

Mətbuat konfransında bildirilib ki, bu gün həmin təlimlənmiş müşahidəçilər 450 məntəqədə müşahidələr aparıblar. Müşahidə nəticəsində gənc müşahidəçilər android tipli mobil telefonlar vasitəsilə www.uinelection.net vebsəhifəsinə müxtəlif məntəqələrdən seçki pozuntusuna dair fotoşəkillər, videoyazı və məlumatlar göndəriblər.

Birliyin sədri qeyd edib ki, müşahidəçilərin göndərdiyi məlumatlara əsasən qeyd etmək olar ki, bu səsvermədə əhalinin, əsasən də gənclərin aktivliyi müşahidə olunub. Nəticələrə əsasən, seçkilərdə iştirak etmə 70-72% təşkil edib.

Daha sonra müşahidəçilər tərəfindən verilən ilkin məlumata əsasən, gənclər tərəfindən müşahidə aparılan dairələrdə səsvermənin nəticələri açıqlanıb:

1. İlham Əliyev - 80,6%
2. Cəmil Həsənli - 10,2%
3. Qudrət Həsənquliyev - 2,7%
4. İqbal Ağazadə - 1,8%
5. Sərdar Cəlaloğlu - 1,6%
6. Zahid Oruc - 1,5%
7. İlyas İsmayılov - 0,9%
8. Fərəc Quliyev - 0,4%
9. Hafiz Hacıyev - 0,2%
10. Araz Əlizadə - 0,1%

Həmçinin, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzi (SMDT) şimal bölgəsində apardığı müşahidələrin nəticələrini elan edib.

Trend-in şimal bürosunun xəbərinə görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin şimal bölgəsi üzrə müşahidə qrupunun rəhbəri Aftandil Məmmədov bildirib ki, səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb.

51 saylı Qusar seçki dairəsi üzrə İlham Əliyev 84.1 faiz, İqbal Ağazadə 2.6 faiz, Zahid Oruc 0.5 faiz, Araz Əlizadə 0.4 faiz, Qüdrət Həsənquliyev 3.1 faiz, Hafiz Hacıyev 0.6 faiz, Fərəc Quliyev 0.8 faiz, Cəmil Həsənli 6.7 faiz, İlyas İsmayılov 1.7 faiz və Sərdar Məmmədov 1.6 faiz səs toplayıb.

52 saylı Quba seçki dairəsi üzrə İlham Əliyev 81.3 faiz, İqbal Ağazadə 2.1 faiz, Zahid Oruc 1.4 faiz, Araz Əlizadə 0.7 faiz, Qüdrət Həsənquliyev 3.2 faiz, Hafiz Hacıyev 0.5 faiz, Fərəc Quliyev 0.9 faiz, Cəmil Həsənli 7.6 faiz, İlyas İsmayılov 1.6 faiz və Sərdar Məmmədov 1.8 faiz səs qazanıb.

53 saylı Quba-Qusar seçki dairəsi üzrə İlham Əliyev 82.4 faiz, İqbal Ağazadə 1.3 faiz, Zahid Oruc 0.8 faiz, Araz Əlizadə 0.4 faiz, Qüdrət Həsənquliyev 3.4 faiz, Hafiz Hacıyev 0.3 faiz, Fərəc Quliyev 0.5 faiz, Cəmil Həsənli 7.5 faiz, İlyas İsmayılov 1.8 faiz və Sərdar Məmmədov 1.6 faiz səs toplayıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə İlham Əliyev 81.2 faiz, İqbal Ağazadə 1.9 faiz, Zahid Oruc 1.5 faiz, Araz Əlizadə 0.5 faiz, Qüdrət Həsənquliyev 3.2 faiz, Hafiz Hacıyev 0.4 faiz, Fərəc Quliyev 0.9 faiz, Cəmil Həsənli 6.5 faiz, İlyas İsmayılov 1.8 faiz və Sərdar Məmmədov 1.2 faiz səs alıb.

55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə İlham Əliyev 83.2 faiz, İqbal Ağazadə 1.7 faiz, Zahid Oruc 1.7 faiz, Araz Əlizadə 0.3 faiz, Qüdrət Həsənquliyev 3.1 faiz, Hafiz Hacıyev 0.1 faiz, Fərəc Quliyev 0.9 faiz, Cəmil Həsənli 7.7 faiz, İlyas İsmayılov 0.9 faiz və Sərdar Məmmədov 0.4 faiz səs qazanıb.

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə İlham Əliyev 85.1 faiz, İqbal Ağazadə 1.9 faiz, Zahid Oruc 0.8 faiz, Araz Əlizadə 0.3 faiz, Qüdrət Həsənquliyev 2.2 faiz, Hafiz Hacıyev 0.2 faiz, Fərəc Quliyev 0.9 faiz, Cəmil Həsənli 6.5 faiz, İlyas İsmayılov 1.7 faiz və Sərdar Məmmədov 1.5 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti