...

Mübariz Əhmədoğlu: Azərbaycanda prezident seçkilərinin nəticələri gözlənilən idi

Siyasət Materials 10 Oktyabr 2013 16:56 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Azərbaycanda prezident seçkilərinin nəticələri gözlənilən idi.
Mübariz Əhmədoğlu: Azərbaycanda prezident seçkilərinin nəticələri gözlənilən idi

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Y.Kosolapova/

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Azərbaycanda prezident seçkilərinin nəticələri gözlənilən idi.

M.Əhmədoğlu Bakı-Moskva telekörpüsü zamanı "Azərbaycanda prezident seçkilərinin nəticələri və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təsiri" mövzusunda danışarkən bildirib: "Hər şey gözlənilən idi".

Onun sözlərinə görə, Azərbaycan xalqının İlham Əliyevə səs verməsi dövlət başçısının son illərdə gördüyü böyük işlərin nəticəsidir: "Seçkilər yüksək səviyyədə keçdi. Hər şey normal, demokratik şəkildə keçirilib. Bəzi fikirlər var ki, pozuntular olub. Lakin bu bütün seçkilərdə olur".

Politoloq, həmçinin müşahidəçilərin seçkiləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxovun sözlərinə görə, Azərbaycan xalqı İlham Əliyevi seçməklə Prezident tərəfindən aparılan kursu dəstəklədiyini göstərdi.

F.Sadıxov bildirib: "Azərbaycan xalqı dinamik inkişafın xeyrinə, ölkəmizin dünya məkanında möhkəmlənməsinin xeyrinə öz seçimini etdi".

Onun sözlərinə görə, son illərdə Azərbaycan uğurla inkişaf edir, bir çox sahələrdə regionun lideri olub, digər ölkələrlə yaxşı əlaqələrə malikdir və seçkilərin nəticələri göstərir ki, Azərbaycan xalqı işlərin belə gedişatından razıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti