...

Azərbaycanın hakim partiyasından sərbəst toplaşmaq haqqında qanuna dəyişiklik təklifi

Siyasət Materials 29 Oktyabr 2013 12:39 (UTC +04:00)
Azərbaycanda “Sərbəst toplaşmaq haqqında” qanunun tətbiqinə yenidən baxılması təklif olunub.
Azərbaycanın hakim partiyasından sərbəst toplaşmaq haqqında qanuna dəyişiklik təklifi

Azərbaycan, Bakı, 29 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanunun tətbiqinə yenidən baxılması təklif olunub.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, son vaxtlar bu qanunun tələbləri ciddi şəkildə pozulur: "Bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edirdi. Artıq şəhərin mərkəzinə yaxın mitinq keçirmək üçün yer ayrılıb və istədikləri vaxt keçirə bilirlər. Lakin görünən odur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki hər toplaşdıqlarında sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozurlar, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan çağırışlarından ibarətdir".

S.Novruzov deyib ki, bu, onların bu hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir: "Ona görə də biz mütləq bunun qarşısını almaq üçün "Sərbəst toplaşmaq haqqında" qanunun tələblərinə yenidən baxmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti