...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 29 Oktyabr 2013 19:06 (UTC +04:00)
Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər, xüsusilə iqtisadi əlaqələr Sizin hakimiyyətdə olduğunuz dövrdə daha da güclənəcəkdir.

Sizinlə işləməkdən olduqca məmnunam və mart ayında Nüvə Təhlükəsizliyi Sammiti ilə əlaqədar Sizi Niderlandda salamlamaqdan şad olaram.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm".

XXX

Astana şəhəri, qazax yazıçısı, akademik Baxitxoja Rustemovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır, müstəqil Azərbaycanın, türk dünyasının və bütün bəşəriyyətin çiçəklənməsi naminə səylərinizdə uğurlar diləyirəm.

Qoy qardaş qazax və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma daha da möhkəmlənsin".

XXX

Rusiya İctimai Palatasının üzvü Diana Qurtskayadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin biliyiniz, dövlətin rifahı naminə fəaliyyət göstərdiyiniz illərdə topladığınız təcrübə və respublika vətəndaşlarının səmimi dəstəyi Prezident kimi ali dövləti vəzifənizdə Sizə kömək edəcəkdir.

Sizin qələbəniz xalqın iradəsinin həqiqi nümayişi, şəxsi nailiyyətinizin təsdiqi, hakimiyyətlə cəmiyyətin vəhdətinin sübutudur.

Azərbaycan vətəndaşları ölkədə sülhün və asayişin qorunub saxlanılmasına, sabit kursun davam etdirilməsinə, yeni uğurların qazanılmasına və bütün dünyada ölkənin nüfuzunun artması naminə öz doğru seçimini etmişdir.

Qeyri-adi dərəcədə xeyirxah və səmimi insan olan xanımınızla, yüksək statuslarına baxmayaraq, ənənələrimizə sadiq olan və onlara hörmətlə yanaşan həqiqi Qafqaz xanımları olan qızlarınızla tanış olmaq mənim üçün böyük şərəfdir.

Sizə möhkəm cansağlığı, habelə bundan sonra da uğurla fəaliyyət göstərmək üçün fiziki və mənəvi güc arzulayıram.

Cənab Prezident, bir daha Sizi təbrik edirəm".

XXX

Gürcüstan Parlamentinin üzvü Əli Məmmədovdan:

"Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək növbəti beş il müddətinə Prezident seçmişdir. Bu seçim nəinki Azərbaycan, bütünlükdə Qafqaz regionu üçün çox mühüm amildir. Sizi gürcü xalqı adından təbrik edirəm.

Sizin yenidən Prezident seçilməyiniz həmrəylik nümayiş etdirən, beynəlxalq aləmdə sülh, iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlərdə vacib rol oynayan, çağırışlara qarşı qətiyyətlə mübarizə aparan Azərbaycan üçün doğru seçimdir.

Azərbaycan və Gürcüstan ortaq dəyərləri bölüşürlər. Əminəm ki, növbəti prezidentlik dövründə də inkişafı davam etdirmək istiqamətində ölkələrimiz arasında tərəfdaşlıq güclənəcəkdir.

Cənab Prezident, ölkənizin daha da inkişaf etdirilməsində Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm".

XXX

Professor, Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü, Azərbaycanın "Dostluq" ordeni kavaleri, AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, BMT-nin "Dünya informasioloqlar elitası" beynəlxalq mükafatı laureatı Rudolf İvanovdan:

"Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifədə növbəti müddətə fəaliyyət göstərmək üçün inamlı qələbəniz münasibətilə Sizi heyranlıq və dərin məhəbbətlə təbrik edirəm. Mən "üçüncü müddət" terminini bilərəkdən işlətmirəm. Çünki seçkilərin müddəti Sizin çoxtərəfli quruculuq fəaliyyətinizin ən coşqun dövründə yetişmişdir və bu fəaliyyəti "müddətə görə" yarımçıq qoymaq millət üçün ziyan olardı. Azərbaycan xalqının böyük əksəriyyəti bunu başa düşmüş və məlum olduğu kimi, seçkilərin yekunlarında öz qəti münasibətini ifadə etmişdir. Müddət məsələsi yalnız formal məna daşıyırdı. Əsas budur ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının sükanı arxasında zərrə qədər də tərəddüd etmədən bir başqasını deyil, Sizi görmüşdür.

Sizin heyrətamiz dərəcədə səmərəli fəaliyyətinizin yekunları Azərbaycanı həm sosial, həm də sənaye baxımından zəngin və güclü bir dövlətə çevirmişdir. Ona görə də bu gün Azərbaycanı adi "ölkə" adlandırmağa adamın dili də gəlmir. Azərbaycan böyük dövlətdir və dümağ "Günəşli Azərbaycan" laynerinin kapitan körpüsündə sosial inkişaf və elmi-texniki tərəqqi problemlərinin bundan sonra da həll edilməsi üçün nə qədər lazımdırsa Siz olmalısınız. Sizi sevən xalq isə hökmən Sizi dəstəkləyəcəkdir.

Azərbaycanın sırf xammal dövləti olduğu və nefti satmaqla özünü dolandırdığı vaxtlar artıq keçmişdir. Azərbaycanın yalnız borclar və yeri gəlmişkən, heç də həmişə təmənnasız olmayan sair yardımlar hesabına inkişaf etdiyi illər keçmişdə qalmışdır. İndi yeni dövrdür. Qabaqcıl böyük dövlət olan Azərbaycan qeyri-neft sənayesini sürətlə inkişaf etdirir, dünyanı yeni məhsullar və onlara daim artan tələbatla heyrətləndirir. Bərəkətli Azərbaycan torpağının məhsulları ilə həm qonşu, həm də Avropa ölkələrinin tələbatı ödənilir.

Gözəl xalqı və saf təbiəti olan sevimli Azərbaycanın ölməz ümummilli lider Heydər Əlirza oğlu Əliyevin göstərdiyi yolla inamla irəliləməsi göz qabağındadır. Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi müstəqillik, dövlət suverenliyi yolu ilə irəliləməyi və daim xalqın rifahının qeydinə qalmağı unutmamağı vəsiyyət etmişdir.

Sizi Rusiyadan baxanda mənəvi cəhətdən necə saf, günəşli Azərbaycanın necə istedadlı lideri kimi görməyim barədə fikirlərimin çoxunu Azərbaycanın ən qocaman nəşrlərindən biri olan "Kaspi" qəzetinin 2013-cü il 5 oktyabr tarixli nömrəsində şərh etmişəm. Burada isə Sizə yalnız Azərbaycanın tərəqqisi, onun sərvətlərinin artması, böyük Azərbaycan millətinin yüksəlişi və daha da çoxalması naminə böyük uğurlar arzulamaq istəyirəm.

Sizə və gözəlliyin, intellektin təcəssümü olan bütün ailənizə möhkəm cansağlığı və uzun ömür diləyirəm.

Sizin Yer üzündə göstərdiyiniz şücaəti Göylər də görür və Ulu Tanrı xalqınızla bərabər Sizə Azərbaycan dövlətini qarşıya qoyulmuş məqsədlərə çatdırmaqda kömək edəcəkdir. Rəhimli və Qüdrətli Yaradan Sizi qorusun, Azərbaycan xalqının xoşbəxt həyatı, böyük Azərbaycan dövlətinin daha da çiçəklənməsi naminə Sizə tükənməz enerji bəxş etsin".

XXX

Niderland Senatı birinci palatasının sədri, senator,Maastrixt Menecment Məktəbinin sədri Rene van der Lindendən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Növbəti Prezidentlik dövründə Sizə daha böyük uğurlar diləyirəm.

Əminəm ki, gözəl ölkənizin inkişafında bu dövr yeni mərhələ olacaqdır. Ümidvaram ki, şəxsi əlaqələrimiz daha da inkişaf edəcəkdir".

XXX

Qazaxıstandakı "Dünya Türkləri Assambleyası" Beynəlxalq İctimai Təşkilatının prezidenti, Akademik Yermentay Sultanmuratdan:

"Dünya Türkləri Assambleyası - türk xalqlarının görkəmli ictimai, siyasi və dövlət xadimlərini birləşdirən beynəlxalq ictimai təşkilat Sizi yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir.

Mən 2007-ci ildə türk dövlətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçısı kimi Bakıda olmuşam. O vaxt şəhərin siması hələ keçən əsri xatırladırdı. 2011-ci ildə Dünya Azərbaycanlıları Qurultayının fəxri qonağı kimi Bakıda olanda isə ölkənizin paytaxtının qısa müddətdə tanınmayacaq dərəcədə dəyişdiyini görüb vəcdə gəldim. Müasir, qeyri-ordinar arxitektura həlləri şəhərdəki qədim memarlıq nümunələri ilə üzvi vəhdət təşkil edir. Bütün respublikanın necə inkişaf etməsi də göz qabağındadır. Belə ölkə ilə təkcə qardaş Azərbaycan xalqı yox, biz hamımız - bütün dünya türkləri fəxr edirik.

Hamı etiraf edir ki, bu uğurların qazanılmasında, ölkənin sərvətlərindən istifadə etməklə xalqı onun rifahı naminə sıx birləşdirməklə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsində Sizin xidmətləriniz həlledici olmuşdur. Buna görə də Azərbaycan xalqı Sizə yenidən etimad göstərmişdir.

Bu gün Azərbaycan güclü dövlətdir. Biz Sizə - bu güclü dövlətin liderinə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti