...

İran Türkiyə ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır

Siyasət Materials 1 Noyabr 2013 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Türkiyə ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və bu əlaqələrin daha da genişlənməsini istəyir. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə Prezidenti Abdullah Gül ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Zərif deyib ki, iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsini ölkənin ali liderinin, Prezidentinin və hökumətinin istəyidir.

Türkiyə Prezidenti Abdullah Gül Həsən Ruhaninin Prezident seçilməsini dünyada İranın imici üçün yeni atmosfer yaratdığını və Türkyənin bundan məmnun qaldığını vurğulayıb.

Gül iranlı həmkarını Türkiyəyə səfər etmək üçün dəvət edib və iki ölkə arasında əlaqələrin bütün sahələrdə, xüsusilə iqtisadi və siyasi sahədə artırılmasını istədi.

İran XİN rəhbərinin Türkiyəyə səfəri cümə günü başlayıb və sabahadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti