...

Livanın nüfuzlu qəzetində Azərbaycan səfirinin geniş müsahibəsi dərc olunub

Siyasət Materials 6 Noyabr 2013 17:44 (UTC +04:00)
Livanın nüfuzlu "əl-Cumhuriyyə" qəzetinin 6 noyabr 2013-cü il tarixli nömrəsində, həmçinin qəzetin internet səhifəsində (www.aljoumhouria.com) səfır Mahir Əliyevin geniş müsahibəsi dərc edilib.
Livanın nüfuzlu qəzetində Azərbaycan səfirinin geniş müsahibəsi dərc olunub

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Livanın nüfuzlu "əl-Cumhuriyyə" qəzetinin 6 noyabr 2013-cü il tarixli nömrəsində, həmçinin qəzetin internet səhifəsində (www.aljoumhouria.com) səfir Mahir Əliyevin geniş müsahibəsi dərc edilib.

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir qəzetin əməkdaşı tərəfindən ünvanlanmış sualları cavablandırmaqla, ölkəmizdə keçirilən son prezident seçkiləri, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, iqtisadi, siyasi, sosial və mədəni sahələrdə qazanılmış uğurlar, ölkəmizdəki mövcud tolerantlıq mühiti, Azərbaycan-Livan münasibətləri və digər məsələlər haqqında ətraflı məlumat verib.

Ölkəmizdə keçirilən son prezident seçkilərində İlham Əliyevin qələbəsinin onun yürütdüyü siyasətin və həyata keçirdiyi çoxşaxəli islahatlarının xalq tərəfındən rəğbətlə qarşılanmasının təzahürü olduğunu bildirən M.Əliyev məhz onun rəhbərliyi dövründə ölkəmizdəki işsizlik səviyyəsinin 46 faizdən 4 faizə düşdüyünü qeyd edib, Prezidentin birbaşa nəzarəti altında ölkəmizdə müxtəlif sahələr üzrə, xüsusilə təhsil və səhiyyə sektorlarında böyük layihələrin həyata keçirildiyini, ölkədəki 5 min məktəbdən 2 mininin əsaslı təmir olunduğunu, Azərbaycanın özünün müstəqil peykinə sahibləndiyini ifadə edib.

Prezidentin cari ilin 19 oktyabr tarixində keçirilmiş andiçmə mərasiminə toxunan səfır, ölkə başçısının çox təvazökar və dinamik şəxs olduğunu və həmin mərasimin də təmtəraqlı deyil, çox sadə formada keçirildiyini qeyd edib və ölkə başçısının 50 illik yubileyini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrindən olan qaçqın düşmüş ölkə vətəndaşlarının məskunlaşdığı kənddə qeyd etdiyini xatırladıb.

Livanın ictimai həyatında "siyasi mənsubiyyət" fenomeninin geniş yayılmasından təəccübünü bildirən səfır Azərbaycanda siyasi mühitin çox demokratik olduğunu, bütün qəzet və jurnalların söz azadlığı hüququndan tam yararlandığını və bu hüququn ölkə Prezidentindən tutmuş әn kiçik məmuradək һәr kəsi tənqid etmək imkanı verdiyini qeyd edib.

Azərbaycan iqtisadiyyatının son illər ərzində xeyli inkişaf etdiyini bildirən səfır Livan vətəndaşlarını ölkəmizin mədəniyyəti və turizm imkanları ilə tanış olmağa və iqtisadiyyatına investisiyalar yatırmağa çağırıb, ölkəmizin valyuta ehtiyatlarının 50 milyard ABŞ dollarını keçdiyini və hazırda hökumət qarşısında duran əsas vəzifənin qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun həcminin iki dəfə artırılması olduğunu bildirib.

Azərbaycanın Suriya və Livandakı səfiri 2015-ci ildə ilk Avropa olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərarı böyük uğur kimi qiymətləndirib.

Azərbaycanda tolerantlıq mühitinin və dini dözümlülüyün çox yüksək səviyyədə olduğunu bildirən M.Əliyev ölkəmizdə 150 minlik xristian icmasının yaşadığını və onların öz dini ayinlərini tam sərbəstliklə yerinə yetirdiklərini deyib. Ermənistan-Аzərbaусаn, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfır müharibənin xalqlar arasındakı münaqişələrin həlli üçün әn ideal yol olmadığını bildirib və Azərbaycanın da həmin münaqişənin sülh və dialoq yolu ilə həll edilməsini istədiyini qeyd edib.

Sözügedən müsahibə Livanın "alkalimaonline" (http://alkalimaonline.com/article.php?id=l 86631) internet portalında da yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti