...

Cenevrədə ABŞ-İran-Aİ görüşü başa çatıb, müzakirələr yaxşı keçib

Siyasət Materials 9 Noyabr 2013 04:02 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerrinin İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə və "altılığın" əlaqələndiricisi, Avropa İttifaqının beynəlxalq işlər üzrə ali nümayəndəsi Ketrin Eştonla üçtərəfli danışıqlar başa çatıb, amma iş davam etdirilir.
Cenevrədə ABŞ-İran-Aİ görüşü başa çatıb, müzakirələr yaxşı keçib

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

ABŞ dövlət katibi Con Kerrinin İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə və "altılığın" əlaqələndiricisi, Avropa İttifaqının beynəlxalq işlər üzrə ali nümayəndəsi Ketrin Eştonla üçtərəfli danışıqlar başa çatıb, amma iş davam etdirilir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Kerri jurnalistlərə bildirib.

"İşlər çoxdur. Biz işimizi davam etdiririk", - Kerri bildirib.

Avropa İttifaqı nümayəndəsinin mətbuat katibi Maykl Mann öz Twitter mikrobloqunda görüşü müsbət kimi qiymətləndirib.

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, "danışıqlar sabah da davam etdiriləcək" (şənbə günü). İran XİN rəhbəri Zərif, otelə qayıdaraq, başa çatmış görüşü şərh etməyib.

"Altılığa" Rusiya, ABŞ, Britaniya, Fransa, Çin və Almaniya daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti