...

Putin Əsədlə "Cenevrə-2" konfransına hazırlıq məsələsini müzakirə edib

Siyasət Materials 14 Noyabr 2013 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin Suriyanın dövlət başçısı Bəşşar Əsədlə telefon danışığı zamanı sülh yolu ilə nizamlama üzrə konfransa ("Cenevrə-2") və Suriyada kimyəvi silahın məhv edilməsi üzrə prosesə hazırlıq məsələlərini müzakirə edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, söhbət V.Putinin təşəbbüsü ilə baş tutub.

Məlumatda deyilir ki, telefon söhbəti zamanı müxalif qüvvələrin əsas qruplarının konstruktiv yanaşma nümayiş etdirəcəklərinə və konfransda iştirak edəcəklərinə dair ümid ifadə edilib. Həmçinin, Suriyada kimyəvi silahın beynəlxalq nəzarət altında məhv edilməsi üzrə işlərin gedişatı müzakirə edilib.

RF Prezidenti Suriya hökuməti və BMT-nin Kimyəvi Silahların Qadağan olunması Təşkilatının qarşılıqlı əlaqə qurmasından məmnunluğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti