...

İlham Əliyev baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya və Tatarıstan prezidentlərinə başsağlığı verib

Siyasət Materials 18 Noyabr 2013 12:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
İlham Əliyev baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya və Tatarıstan prezidentlərinə başsağlığı verib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Dövlət başçısının başsağlığı məktubunda deyilir: "Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Prezident İlham Əliyev, həmçinin Tatarıstan Prezidenti Rüstəm Minnixanova başsağlığı verib: "Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti