Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir T.Cəfərov/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 27-28-də İrana səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Səfər zamanı Ərdoğan İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafını, regionda və beynəlxalq aləmdə baş verən məsələləri müzakirə edəcək.
Məlumata əsasən, Ərdoğanın Tehrana səfəri zamanı İran və Türkiyə arasında güzəştli ticarət razılaşması da imzalanacaq.