...

Serbiyanın Aİ-yə daxil olması üzrə danışıqlar yanvarın 21-də Brüsseldə başlayacaq

Siyasət Materials 15 Yanvar 2014 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Serbiyanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə ilk hökumətlərarası konfrans yanvarın 21-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Aİ Şurasının mərbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər qarşısında danışıqlar dosyesinin 35 bəndinin müzakirəsi dayanır. Namizəd ölkə ilə Aİ-yə daxil olmaq haqqında müqavilənin imzalanması üçün üzv ölkələrin hamısı ilə danışıqları başa çatdırmaq lazımdır.

Həmçinin, Serbiyanın iqtisadi və pul-kredit siyasəti daxil olmaqla, məhkəmə, vergi qoyma, energetika, kənd təsərrüfatı və digər əsas sahələrdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyi ilə uyğunluğunu yoxlamaq lazımdır.

Serbiyaya Aİ üzvlüyünə namizəd ölkə statusu 2012-ci ilin martında verilib. Rəsmi Brüssel Serbiya ilə Kosovo arasında münasibətlərin nizamlanmasını ölkənin Aİ-yə inteqrasiyasının əsas şərtlərindən biri hesab edir.

Ekspertlərin qiymətləndirmələrinə görə, Serbiyanın Aİ-yə daxil olması üzrə danışıqlar prosesi üç ildən beş ilədək vaxt aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti