Azərbaycan, Bakı, 19 yanvar /Trend/
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) 2014-cü maliyyə ili büdcəsi çərçivəsində 8 yeni döyüş gəmisi almaq niyyətindədir. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Donanmanın planlarına gəmilərin sayını 306-ya çatdırmaq daxildir.
Bu 8 döyüş gəmisinə "Virginia" tipli raket-torpeda silahlı 2 atom sualtı qayığı, raket əleyhinə müdafiə (RƏM) sistemi ilə "DDG-51 class Aegis destroyer" layihəli bir eskadra mina gəmisi, 4 LCS (Littoral Combat Ship) sahilboyu zona döyüş gəmisi və 1 üzən baza - MLP/AFSB (Mobile Landing Platform/Afloat Forward Staging Base) mobil desant platforması qaiddir.
Qeyd edək ki, ABŞ HDQ-nin 2014-2018-ci maliyyə ilində 5 illik planına 41 döyüş gəmisinin alınması daxildir.