...

Kolumbiya XİN-i 20 Yanvarla bağlı nota ünvanlayıb

Siyasət Materials 20 Yanvar 2014 01:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanın Meksikadakı səfirliyinə 20 Yanvar faciəsi ilə bağlı Kolumbiya XİN-dən nota ünvanlanıb.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Kolumbiya Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiya Respublikasındakı səfirliyinə ünvanlanmış notada, "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda Sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti