...

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirində iştirak edir

Siyasət Materials 22 Yanvar 2014 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yanvarın 22-də Brüssel şəhərinə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, N.Sadıkov Brüsselə NATO Hərbi Komitəsinin İSAF Əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində görüşündə iştirak etmək üçün Belçika Krallığına gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti