...

Cenevrədə Suriya hökuməti və müxalifəti arasında danışıqlar aparılır

Siyasət Materials 25 Yanvar 2014 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Cenevrədə Suriya hökuməti və müxalifətinin nümayəndə heyətləri arasında danışıqlar aparılır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Suriya hökumətinin nümayəndə heyətinə yaxın mənbəyə istinadən xəbər verir.

O, qeyd edib: "Danışıqlar başlayıb, nümayəndə heyətləri BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi əl-Əhdər İbrahimi ilə birlikdə bir zalda əyləşiblər".

Bir az əvvəl İbrahimi bəyan etmişdi ki, "Cenevrə-2" beynəlxalq konfransı çərçivəsində humanitar dəhlizlərin açılması və zorakılığın dayandırılması məsələlərini müzakirə etmək niyyətindədir. Bununla yanaşı, o bildirib ki, Suriyada bəzi qruplaşmalar ölkənin ayrı-ayrı rayonlarına humanitar çıxışın açılmasını dəstəkləmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti