...

ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 1 Fevral 2014 20:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, ATƏT-in Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Lamberto Zannier son günlər cəbhə bölgəsində atəşgəsin pozulmasından narahatlığını bildirib.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti