...

Avropa Şurasının baş katibi postuna namizədlərin səsverməsi keçirilib

Siyasət Materials 21 Fevral 2014 15:15 (UTC +04:00)
Bu gün Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Strasburqda keçirilən iclasında təşkilatın baş katibi postuna namizədlərlə bağlı səsvermə keçirilib.
Avropa Şurasının baş katibi postuna namizədlərin səsverməsi keçirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir S.Əhmədova/

Bu gün Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Strasburqda keçirilən iclasında təşkilatın baş katibi postuna namizədlərlə bağlı səsvermə keçirilib. Bu barədə Trend-ə AŞ-dəki mənbə məlumat verib.

Qeyd edək ki, AŞ-nin baş katibi vəzifəsinə üç namizəd irəli sürülmüşdü. Bunlar təşkilatın hazırkı baş katibi Torbyorn Yaqland (Norveç), Sabin Loythoysser-Şarrenberq (Almaniya, keçmiş ədliyyə naziri) və Jan-Klod Minyon (Fransa, AŞ PA-nın keçmiş sədri) olub.

Bugünkü səsvermə nəticəsində T.Yaqland və S.Loythoysser-Şarrenberq daha çox səs toplayıblar. Beləliklə, baş katib postuna seçkilərin proseduruna görə, iki namizədin siyahısı Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) təqdim olunacaq. Assambleya özünün cari ilin 23-27 iyun tarixində keçiriləcək yay sessiyası zamanı iki namizəd arasından beş il müddətinə təşkilatın yeni baş katibini seçəcək.

Qeyd edək ki, AŞ-nin baş katibi postuna namizədlərlə bağlı müsahibə 19 fevral tarixində keçirilmişdi.

T.Yaqland bu postda 2009-ci ilin oktyabrından çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti