...

Rusiya xaricdəki hərbi bazalarının sayını artırır

Siyasət Materials 26 Fevral 2014 19:00 (UTC +04:00)
Rusiya xaricdəki hərbi bazalarının sayını artlmaq niyyətindədir və Vyetnam, Kuba, Venesuela, Nikaraqua, Seyşel adaları, Sinqapur daxil olmaqla bir sıra ölkələrlə bununla bağlı danışıqlar aparır.
Rusiya xaricdəki hərbi bazalarının sayını artırır

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Rusiya xaricdəki hərbi bazalarının sayını artlmaq niyyətindədir və Vyetnam, Kuba, Venesuela, Nikaraqua, Seyşel adaları, Sinqapur daxil olmaqla bir sıra ölkələrlə bununla bağlı danışıqlar aparır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya hərbi bazalarının sayını artırmağı planlaşdırır: "Vyetnam və Kubadan başqa, bazaların sayını Venesuela, Nikaraqua, Seyşel adaları, Sinqapur və s. ölkələr hesabına artırmağı planlaşdırırıq".

S.Şoyqu qeyd edib ki, danışıqlar aparılır və Rusiya sənədləri imzalamağa yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti