...

Səfir: Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya absurddur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Fevral 2014 12:29 (UTC +04:00)
Devrilmiş Prezident Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya o qədər absurddur ki, o, hətta müzakirə mövzusu ola bilməz.
Səfir: Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya absurddur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Ağayeva/

Devrilmiş Prezident Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya o qədər absurddur ki, o, hətta müzakirə mövzusu ola bilməz. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Diplomat qeyd edib: "Məndə belə məlumat yoxdur".

İki ölkənin gələcək münasibətləri haqqında danışan səfir bildirib ki, Azərbaycanla münasibətlər daim rəvan və tam səmimi olub, iki ölkənin maraqlarına əsaslanıb.

A.Mişenko deyib: "Ukraynada heç bir partiya və siyasi qüvvə Azərbaycanla münasibətlərin əleyhinə olmayıb və bu münasibətlər hakimiyyətin siyasi baxışlarından asılı olmayaraq, Ukrayna üçün həmişə prioritet olub. Ukraynada çoxsaylı diaspor yaşayır və biz həmin münasibətlərin davam etməsi üçün əlimizdən gələni edəcəyik. Bizim dəqiq hədəflərimiz var və onların üzərində işləməyi davam etdiririk".

Səfir Ukrayna barəsində düşünülmüş mövqe nümayiş etdirdiyi üçün rəsmi Bakıya təşəkkür edib: "Bakı daim bunun Ukraynanın öz işi olduğunu bəyan edib".

Diplomat əlavə edib: "Sabiq Prezident Yanukoviçin olduğu yer hələ də məlum deyil. Yanukoviçin taleyi qanunların tələb etdiyi kimi həll olunacaq".

Mişenko həmçinin Ukrayna xalqını anladığına və dərdinə şərik olduğuna görə öz demokratik hüquqları uğrunda çətin yol keçən Azərbaycan xalqına təşəkkür edib.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti