...

Elmar Məmmədyarov Serbiya səfiri ilə görüşüb

Siyasət Materials 13 Mart 2014 18:47 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Serbiya səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Trend Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Serbiya arasında mövcud olan münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfirə bu münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Z.Vayoviç ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb və burada onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti