...

Səfir: Ukrayna Krımdakı referendumu tanımır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 Mart 2014 15:28 (UTC +04:00)
Ukrayna Krımdakı referendumu və onun nəticələrini tanımır. Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko mətbuat konfransında deyib.
Səfir: Ukrayna Krımdakı referendumu tanımır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir S.Ağayeva/

Ukrayna Krımdakı referendumu və onun nəticələrini tanımır. Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, Ukrayna ərazisini zəbt etməyə yönəldilmiş məqsədyönlü siyasətidir.

A.Mişenko qeyd edib ki, demək olar, bütün beynəlxalq təşkilatlar və ölkələr də Krımda keçirilmiş referendumu tanımayıblar.

Diplomat deyib ki, səfirlik Azərbaycan ictimaiyyətini Ukraynadakı vəziyyət haqqında maksimum dərəcədə məlumatlandırmağa çalşır: "Mətbuatda Ukraynada hazırda vəziyyətin çox təhlükəli olması barədə bir sıra məlumatlar yayılır və bütün bunlar yalandır. Ukraynalıların digər millətlərə qarşı fobiyası yoxdur".

A.Mişenko vurğulayıb ki, Ukraynanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub və Ukraynada azərbaycanlıların hüquqlarının pozulmasına dair heç bir məlumat daxil olmayıb.

Onun sözlərinə görə, Ukrayna xalqı öz ölkəsini sonadək qorumağa hazırdır: "Azərbaycan da XX əsrin 90-cı illərində bənzər problemlə üzləşib".

Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilib. Krımda keçirilən referendumda iştirak edən seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti