Azərbaycan, Bakı, 17 mart /Trend/
Krım parlamenti yarımadada yerləşən "Çernomornefteqaz" və "Ukrtransqaz"ın əmlakını regionun mülkiyyəti elan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti parlamentin saytına istinadən xəbər verir.
Bundan başqa, "Feodosiysk neft məhsulları ilə təchizat üzrə müəssisə" adlı dövlət müəssisəsinin əmlakı da respublikanın mülkiyyəti elan edilib.
Qeyd edək ki, Fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.
Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.