...

Türkiyə müxalifəti ölkədə siyasi repressiyalardan ehtiyatlanır

Siyasət Materials 31 Mart 2014 17:13 (UTC +04:00)
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəyan edib ki, partiya üzvləri ölkədə siyasi repressiyaların başlayacağından ehtiyatlanırlar.
Türkiyə müxalifəti ölkədə siyasi repressiyalardan ehtiyatlanır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu bələdiyyə seçkilərinin nəticələri ilə bağlı bəyan edib ki, partiya üzvləri ölkədə siyasi repressiyaların başlayacağından ehtiyatlanırlar. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

K.Kılıcdaroğlunun sözlərinə görə, seçicilərin bələdiyyə seçkilərində iştirakı xalqın siyasi cəhətdən inkişaf etməsindən xəbər verir.

O, həmçinin bildirib ki, bu seçkilərdə Türkiyə qalib gəlib.

Partiya rəhbərinin sözlərinə görə, seçkilərdə CHP gözlədiyi nəticəyə nail ola bilməyib.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti