...

İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclasının tarixi açıqlanıb

Siyasət Materials 4 May 2014 09:53 (UTC +04:00)
İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas keçirilib.
İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti iclasının tarixi açıqlanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan müştərək iqtisadi komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas keçirilib.

Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bildirib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan müştərək iqtisadi komissiyasının doqquzuncu iclası cari ilin avqust ayında Bakıda keçirilməsi nəzərdə tutulub.

M.Pakayin deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri zamanı müştərək iqtisadi komissiyanın iranlı sədri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi təyin oldu və elə buna görədə ölkənin müxtəlif qurumları arasında ilk əlaqələndirici iclas Tehranda rabitə və informasiya texnologiyaları nazirliyinin binasında keçirilib.

"İranın müxtəlif nazirlik və qurumlarının iştirakı ilə keçirilən bu iclas ölkəmizin Azərbaycan Prezidenti cənab İlham Əliyevin İrana səfəri zamanı əldə olunmuş razılıqların icrasında nə qədər ciddi olduğunun göstəricisidir", - deyə M.Pakayin bildirib.

O, əlavə edib ki, iclasda İranın Xarici İşlər, Neft, Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Mədənlər nazirlikləri, eləcə də Mərkəzi Bank, Ticarət Palatası və Araz Azad İqtisadi Zona Təşkilatının nümayəndələri iştirak edirdi.

Onlar İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün öz təklifləri müzakirə etdi və Iclasda qərara alındı ki, bütün qurumlar və nazirliklər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın artırılması üçün təkliflərini komissiyaya təqdim etsinlər.

Pakayin deyib ki, İran qonşu ölkələrlə xüsusi ilə Azərbaycanla əlaqələrini inkişaf etdirilməsi siyasətini yürüdür və hazırda iki ölkənin iqtisadi potensiallarını tanımaq və ondan yaxşı istifadə etmək üçün əlverişli şərait yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti