Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Forumda çıxışı və bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.