...

Azərbaycanın hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə şərtlər sərtləşdirilib

Siyasət Materials 24 May 2014 10:32 (UTC +04:00)
Azərbaycan hökuməti “Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydaları”nda dəyişikliklər edib.
Azərbaycanın hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə şərtlər sərtləşdirilib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan hökuməti "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması qaydaları"nda dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, indiyə qədər barəsində Azərbaycan hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu barədə qərar icra olunanadək Dövlət Miqrasiya Xidmətinin saxlanılma mərkəzlərində könüllü yerləşdirilə və saxlanıla bilərdilər.

Dəyişikliyə görə, bundan sonra Azərbaycan hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara çıxarılma üçün İnzibati Xətalar, Cəzaların İcrası və Miqrasiya məcəllələrində nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər.

Bundan başqa Azərbaycan ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan hüdudlarından kənara çıxarılanadək, qanunla müəyyən olunmuş qaydada Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti