...

Prezident İlham Əliyev gənclərin həqiqi hərbi xidmətə çağırılması barədə sərəncam verdi

Siyasət Materials 2 İyun 2014 18:41
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev gənclərin həqiqi hərbi xidmətə çağırılması barədə sərəncam verdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Trend Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, sənədə əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncamda, həmçinin qeyd olunur ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti