...

Sergey Narışkin: Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır

Siyasət Materials 5 İyun 2014 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Rusiya Azərbaycanla strateji tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu RF Dövlət Dumasının sədri Sergey Narışkin Moskvada Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşü zamanı deyib.

S.Narışkin qeyd edib: "Əminik ki, biz parlamentarilər bu işə öz töhfəmizi əlavə edə bilərik".

Onun sözlərinə görə, parlamentlərarası qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycan arasında mövcud olan böyük siyasi dialoqun bir hissəsidir: "Parlamentlərarası qarşılıqlı fəaliyyət bütün sahələrdə - siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq üçün belə rahat ab-hava yaradır".

O.Əsədov bildirib ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. "Əminəm ki, belə səfərlər, görüşlər parlamentlərarası əlaqələri inkişaf etdirməyə imkan verir".

Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri artıq strateji tərəffdaşlıq səviyyəsinə yüksəlib.

Spiker xatırladıb ki, iyunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfərləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti