...

Torbörn Yaqland yenidən Avropa Şurasının baş katibi seçildi

Siyasət Materials 24 İyun 2014 20:49 (UTC +04:00)
Torbörn Yaqland yenidən Avropa Şurasının baş katibi seçilib.
Torbörn Yaqland yenidən Avropa Şurasının baş katibi seçildi

Fransa, Strasburq, 24 iyun /Trend, müxbir Azər Məhərrəmli/

Torbörn Yaqland yenidən Avropa Şurasının (AŞ) baş katibi seçilib.

Trend-in məlumatına görə, AŞ-nin baş katibi postuna səsvermə bu gün - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının ikinci günü keçirilib. Səsvermənin nəticəsinə əsasən, T.Yaqland 156 səs toplayaraq 5 illik müddətinə AŞ-nin baş katibi seçilib.

Qeyd edək ki, AŞ-nin baş katibi vəzifəsinə üç namizəd irəli sürülmüşdü. Bunlar təşkilatın hazırkı baş katibi, Norveçin keçmiş Baş naziri T.Yaqland, Almaniyanın sabiq ədliyyə naziri Sabina Loythoysser-Şnarrenberger və Jan-Klod Minyon (Fransa, AŞ PA-nın keçmiş sədri) olub. Cari il fevralın 21-də AŞ Nümayəndələr Komitəsinin iclasında səsvermə nəticəsində daha çox səs toplayan T.Yaqland və S.Loythoysser-Şnarrenbergerin adlarının yer aldığı siyahı AŞ PA-ya təqdim olunub.

Qeyd edək ki, AŞ-nin baş katibi postuna namizədlərlə bağlı müsahibə 19 fevral tarixində keçirilmişdi.

T.Yaqland bu postda 2009-ci ilin oktyabrından çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti