...

İlham Əliyev Azərbaycanın İspaniya və Gürcüstanla imzaladığı sənədləri təsdiq edib

Siyasət Materials 30 İyun 2014 20:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2014-cü il aprelin 23-də Bakı şəhərində imzalanmış Konvensiyanı və onun Protokolunu təsdiq edib.
İlham Əliyev Azərbaycanın İspaniya və Gürcüstanla imzaladığı sənədləri təsdiq edib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2014-cü il aprelin 23-də Bakı şəhərində imzalanmış Konvensiyanı və onun Protokolunu təsdiq edib.

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında" 2014-cü il martın 17-də Tbilisi şəhərində imzalanmış Sazişi təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti