...

Vladimir Doroxin: Donetsk üzərində Malayziya təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında bəyanat vermək tezdir

Siyasət Materials 22 İyul 2014 12:12 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin hesab edir ki, Donetsk üzərində Malayziya təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında bəyanat vermək hələ tezdir.
Vladimir Doroxin: Donetsk üzərində Malayziya təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında bəyanat vermək tezdir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Emil İsmayılov/

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin hesab edir ki, Donetsk üzərində Malayziya təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında bəyanat vermək hələ tezdir.

Trend-in məlumatına görə, səfir çərşənbə axşamı jurnalistlərə bildirib: "Donetsk üzərində dəhşətli faciə baş verib, günahsız insanlar həlak olub. Faciənin səbəblərini beynəlxalq ekspertlər müəyyən etməlidirlər. Hazırda qəzanın səbəbləri, kimin günahkar olması barədə bəyanat vermək tezdir və bu, vəziyyəti yalnız gərginləşdirə bilər".

Onun sözlərinə görə, faciənin səbəblərinin müəyyən edilməsi prosesi artıq başlanıb: "Hadisə yerində ekspertlər çalışır, "qara qutu"lar çıxarılıb və mən ümid edirəm ki, tezliklə biz nəyin, nə üçün baş verdiyi barədə həqiqətən obyektiv və dəqiq mənzərə əldə edəcəyik. Müvafiq bəyanat veriləcək".

Qeyd edək ki, xilasedicilər Ukraynanın Donetsk vilayətində iyulun 17-də qəzaya uğramış "Malayziya Hava Yolları"na məxsus "Boeing-777" qəzasında həlak olmuş 282 nəfərin meytilərini aşkar ediblər.

İyulun 21-də günü birinci yarısında qəzanın baş verdiyi yerdə daha 31 ölənin və sərnişinlərdən 21-nin bədəninin hissələri aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti