...

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvanda N saylı hərbi hissədə olublar (FOTO)

Siyasət Materials 19 Avqust 2014 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını və Xalça Muzeyini ziyarət ediblər.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sonra hər üç ölkənin müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar.

Bununla da Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ölkəmizə rəsmi səfəri başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti