Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Yüzlərlə kürd fəal oktyabrın 6-da Hollandiya parlamentinin binasına soxularaq "İslam Dövləti" qruplaşması ilə daha aktiv mübarizə aparmaq tələbi ilə çıxış ediblər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NOS telekanalı xəbər yayıb.
Hazırda etirazçılar mərkəzi zaldadırlar. Plakatların birində qeyd olunub ki, "Bəsdir susdunuz, Kobaniyə dəstək verin".
Qeyd edək ki, Kobani Türkiyə ilə sərhəddə yerləşən Suriya şəhəridir və yaxın vaxtlarda radikal islamçılar tərəfindən ələ keçirilə bilər.
Polisdən bildirirlər ki, onlar vəziyyəti nəzarət altına ala biliblər. Hazırda nümayişçilər əhatə olunub, onlara qarşı güc tədbiq olunmur.